İrəvanda 60 yaşlı qadının üzü və əlləri yandıbackend

İrəvanda 60 yaşlı qadının üzü və əlləri yandı

Dünən saat 20:10 radələrində İrəvanda 9 mərtəbəli evin 7-ci mərtəbəsində yanğın olması barədə siqnal daxil olub.

KONKRET.az xəbər verir ki, məlumatı Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Üç kiloqramlıq qaz balonundan bir sızıntının ardından yanğın olduğu ortaya çıxıb.

Yanğın nəticəsində 1960-cı il təvəllüdlü Haykanuş E. zərər görüb. Qadının üzündə və əllərində yanıqlar var. O, xəstəxanaya yerləşdirilib.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*