backend

İrəvanda atışma

Bu gün Ermənistan paytaxtında atışma səsləri eşidilib. Konkret.az erməni mediasına istinadla xəbər  verir ki, günorta saat 01:40 radələrində Şengavit Polis Şöbəsinə “Nairit” Zavodunun yaxınlığında silahlı dəstə arasında atışma ilə bağlı məlumat daxil olub. Polis müəyyən edib ki, Baqratunyats küçəsində “Opel Astra” nın sürücüsü Erebuni rayon sakini 25 yaşlı Allen K.-nin idarə etdiyi “VAZ 21099” markalı avtomobilin yolunu kəsərək maşına bir neçə dəfə atəş açıb.

Polisin keçirdiyi əməliyyat tədbirləri çərçivəsində İrəvanda yaşayan 22 yaşlı Armen B. avtomobilində silah aşkar edilib. Armen B Makarov tipli tapançasını polisə təslim edib. İlkin istintaq materiallarına görə tərəflər arasında əvvəlcədən mübahisə yaranıb və silahlı şəxs bu mübahisəni onlara fiziki güc təbiq etməklə hədə-qorxu vasitəsilə həll etməyə çalışıb.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*