İrəvanda atışma: 10 nəfər həbs olundubackend

İrəvanda atışma: 10 nəfər həbs olundu

İrəvanda atışma hadisəsində iştirak edən 10 nəfər həbs olunub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı shamshyan.com nəşri yayıb.

Mənbə bildirir ki, avqustun 9-da səhər saat altının yarısında 19 yaşlı Armen K, 30 yaşlı Sarkis G, 24 yaşlı Edgar S, 17 yaşlı Martin A, 18 yaşlı David M, 21 yaşlı Albert C, 22 yaşlı Gevork A, 18 yaşlı David D, 33 yaşlı Sarkis P. və 28 yaşlı Tiqran B. polis şöbəsinə gətirilib.

Hadisənin şərtləri açıqlanmayıb.

İnsidentin Razdan dərəsində baş verdiyi və Tiqran B.-nin tapançadan atəş açdığı məlumdur.

Ərazidən tapança və iki qatlama bıçaq götürülüb.

Odlu silah və bıçaqların aidiyyəti müəyyən edilib.

“Xuliqanlıq” maddəsi ilə bağlı materiallar hazırlanır.

Babək Göyüş                                                                

KONKRET.az                                                                                         

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*