Polis bir gün əvvəl, avqustun 21-də “Respublika Naminə” partiyasının rəhbəri Arman Babacanyan və silahdaşları ilə birlikdə Belarusun İrəvandakı səfirliyində keçirdiyi aksiya ilə bağlı cinayət işi açıb.
KONKRET.az xəbər verir ki, bu barədə A.Babacanyan Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, polis nümayəndələri ilə görüşməkdən imtina etdiyini və heç bir izahat vermədiyini də qeyd edib.
Xatırladaq ki, avqustun 21-də “Respublika Naminə” partiyasının lideri Arman Babacanyan komanda yoldaşları ilə birlikdə Belarusun Ermənistandakı səfirliyinə yumurta, pomidor və kartof atmışdı. A.Babacanyanın sözlərinə görə, onlar bu hərəkəti ilə Belarus prezidenti Aleksandr Lukaşenkonun “ermənilərin özlərindən başqa heç kimə ehtiyacı yoxdur” dediyi bəyanatı ilə bağlı erməni xalqının kollektiv fikrini ifadə edirlər.
Rəsmiyyə Şərifova,
KONKRET.az