İrəvanda bomba həyəcanı yaşanıb.
KONKRET.az xəbər verir ki, müvafiq orqanlara ağacın altında partlayıcıya bənzər əşyanın olması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin əməkdaşları Gülbenkian 33 ünvanında yerləşən binanın yaxınlığında bomba axtarıblar.
KİV-in məlumatına görə, binada hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Qurgen Arsenyana məxsus ofislər yerləşir.