İrəvanda etirazsız bir gün olmur: Paşinyan problemləri həll edə bilmir – Akopyan backend

İrəvanda etirazsız bir gün olmur: Paşinyan problemləri həll edə bilmir - Akopyan 

Ermənistan hakimiyyəti etiraz aksiyalarını dayandırmaq qabiliyyətini itirib, bu səbəbdən də bu etirazların sayı durmadan artır.

KONKRET.az xəbər verir ki, bu sözləri siyasi texnoloq Viqen Akopyan cümə günü keçirdiyi mətbuat konfransında söyləyib.

Heç bir hökumət iclası kabinet binası xaricində mitinq olmadan keçirilmir. Kreditlərin yüksək faizlərindən gileylənirlər, geyim tacirləri şikayət edirlər, təhsil sahəsində aparılan islahatlardan narazı olan insanlar var…

“Etiraz aksiyalarının mövzusu və forması daim genişlənir və hakimiyyətin vətəndaşların səsləndirdiyi məsələləri həll etdiyini görmürəm. Nəticə etibarilə insanlar yavaş-yavaş səslərinin eşitilmədiyini anlamağa başladılar. Və məmurların cavab tədbirləri çox vaxt mövcud vəziyyətə uyğun deyil” deyib.

Texnoloqun sözlərinə görə, indi etiraz aksiyaları zamanı konkret məsələlər qaldırılırsa, daha sonra hökumət hərəkətsiz qalmağa davam edərsə, vətəndaşlar bir gün siyasi dəyişikliklər tələb edəcəklər.

“Sosial ədalət uğrunda” partiyasının sədri Arman Qukasyan da öz növbəsində insanların vəziyyətlərini birbaşa pisləşdirən dəyişikliklərdən əsəbiləşdiklərini və koronavirus pandemiyası nəticəsində bu qədər sarsıldığını qeyd edib.

Məsələn, pandemiya səbəbindən pərakəndə ticarət dövriyyəsi azaldıqda, hökumət geyim idxalına görə gömrük və əmlak vergisini artırır. Aydın məsələdir ki, bunun üçün məqam yaxşı seçilməyib. Bu da etiraz əhval-ruhiyyəsinə səbəb olur.

Qeyd edək ki, bu gün Ermənistan hökumətinin binası yaxınlığında vergi idarəsindəki islahatlardan narazı qalan paltar idxalçılarının etiraz aksiyası keçirilir. Onların fikrincə, hakimiyyət vətəndaşları dövlət büdcəsinin əlavə gəlirlərindən məhrum etmək və işsiz qoymaq istəyir.

Babək Göyüş                    

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*