İrəvanda Hindistan vətəndaşı qaçırıldıbackend

İrəvanda Hindistan vətəndaşı qaçırıldı

İrəvanda bir qrup Hindistan vətəndaşı həmyerlisini qaçırıblar.

KONKRET.az xəbər verir ki, bu barədə shamshyan.com saytı yazıb.

Mənbə qeyd edir ki, saat 00:30 radələrində Açaryan küçəsində patrul xidmətinin əməkdaşları şübhəli 01 VK 011 dövlət nömrə nişanlı “Mercedes S500” markalı avtomobili görüblər. Patrul əməkdaşları baqajda kişi aşkar ediblər.

Sürücü 35 yaşlı Vaqe Karapetyan və Ermənistan paytaxtının Hindistandan olan çoxsaylı qonaqları – 19 yaşlı Balvant Masi, 26 yaşlı Arvindar Sinq, 33 yaşlı Harped

Sinq, 20 yaşlı yaşlı Abi Prdap Singh, 20 yaşlı Harman Singh və 29 yaşlı Alisha Masi polis şöbəsinə aparılıb.

Onların birinin üzərində bıçaq və qaz tapançası aşkar edilib.

Məlum olub ki, həmin şəxslər avqustun 22-də axşam saatlarında 32 yaşlı Hindistan vətəndaşı Arif Məniarı oğurlayaraq baqajda yerləşdiriblər.

Saytın məlumatına görə, V.Karapetyan “Easyway VK” MMC-nin direktorudur. Adam oğurluğu faktı ilə bağlı cinayət işi başlanıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*