27 yaşlı İrəvan sakini Artur Xaçatryan Ermənistan Daxili İşlər Nazirliyinin Nor Nork polis idarəsinə quldurluq hadisəsi ilə bağlı müraciət edib.
KONKRET.az xəbər verir ki, o, naməlum şəxsin idarə etdiyi “Toyota” markalı avtomobilin yan güzgülərini oğurladığını bildirib. Hadisə nəticəsində təqribən 200 min dram məbləğində ziyan dəyib.
Qeyd olunur ki, avtomobil Ermənistan hökumətinin balansındadır və yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyana xidmət edir. Artur Xaçatryan isə onun sürücüsüdür.
Burhan,
KONKRET.az