İrəvanda xəsarət alanların sayı artdı – YENİLƏNİBbackend

İrəvanda xəsarət alanların sayı artdı - YENİLƏNİB

İrəvanın Baqramyan prospektində etiraz aksiyası dağıdılandan sonra 55 nəfər həkimə müraciət edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

“Xəsarətlər əsasən yüngül və orta ağırdır”, – deyə qeyd edilib.

Əlindən xəsarət alan şəxsin vəziyyətini şərh edən nazirlik rəsmisi onun əməliyyat olunduğunu deyib.

***

Ermənistan parlamentinin binası qarşısında polislə etirazçılar arasında qarşıdurma nəticəsində 7 nəfər xəsarət alıb.

KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumun bildirdiyinə görə, bu, ilkin məlumatdır və say arta bilər.

Qeyd edək ki, Ermənistan polisi İrəvandakı parlament binası yaxınlığında etirazçılara qarşı səs bombalarından istifadə etməyə başlayıb.

***

Ermənistan polisi “Vətən uğrunda Tavuş” hərəkatının parlament binasının qarşısındakı aksiyasına toplaşanları saxlamağa başlayıb.

KONKRET.az-ın Ermənistan mediasına istinadən xəbərinə görə, Daxili İşlər Nazirliyi 42 nəfərin saxlanıldığını açıqlayıb.

Onlar polisin qanuni tələblərinə tabe olmamaqda təqsirləndirilir. (Apa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*