Bu gün İrəvanda keçirilən etiraz aksiyasında Milli Assambleyanın “Hayastan” fraksiyasının deputatı Aşot Simonyan döyülüb.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Ermənistan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, etiraz aksiyasında saxlanılan deputat artıq sərbəst buraxılıb. A. Simonyana qarşı zorakılıq tətbiq edən polis əməkdaşlarının səlahiyyətlərinə isə xitam verilib.