İrəvandan KTMT ilə bağlı VACİB QƏRAR: Təşkilat hərəkətə keçdibackend

İrəvandan KTMT ilə bağlı VACİB QƏRAR: Təşkilat hərəkətə keçdi

“Ermənistan tərəfi KTMT katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamaqdan və təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməkdən çəkindiyi barədə rəsmi məlumat verib”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatında deyilir.

XİN-dən o da vurğulanıb ki, KTMT-nin daxili prosedurlarına uyğun olaraq, illik büdcə haqqında məlumat ictimaiyyətə açıqlanmır.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirmişdi ki, Ermənistan 2025-ci ilin sonuna qədər vəsait ödəməsə, KTMT-yə üzv dövlətlər İrəvanla bağlı müxtəlif ssenariləri nəzərdən keçirə bilərlər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*