“İrəvanın xilaskar gözləməsinə dəyməz – Regionun oyunçuları dəyişməyəcək”backend

“İrəvanın xilaskar gözləməsinə dəyməz – Regionun oyunçuları dəyişməyəcək”

“Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan həm Qərbə, həm də Rusiyaya eyni dərəcədə lazımdır”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri politoloq Suren Surenyants deyib.

Surenyantsın sözlərinə görə, Paşinyan Aİİ liderlərinin Sankt-Peterburq görüşünə mütləq gedəcək və hətta Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirməyə çalışacaq. O əmindir ki, baş nazir ölkənin Aİİ üzvlüyünü qoruyub saxlamağa çalışacaq, çünki hazırkı mərhələdə Ermənistanın bu təşkilatdan çıxması tam dağılmasına gətirib çıxaracaq.

Bundan əlavə, Paşinyan həm Qərbin Ukraynadakı tam fiaskosunu, həm də Qərbin zəmanətlərinin qiymətini mükəmməl görür. Ona görə də baş nazir başa düşür ki, ən azı indiki mərhələdə Qərbin zəmanətlərinə ciddi inanmaq olmaz. “O, yaxşı bilir ki, Qərbin gözəl bəyanatlarının arxasında heç nə yoxdur, tam sıfır. Ona görə də Rusiya ilə münasibətləri böhrandan çıxarmağa çalışacaq”.

“Əgər Qərb ondan (Paşinyandan) Rusiyaya qarşı vasitə kimi istifadə edirsə, o zaman Rusiya üçün Paşinyan sadəcə hədiyyədir, çünki indiki reallıqda Moskvanın Bakı və Ankara ilə razılaşmalarına görə məsuliyyəti Ermənistanın anti-Rusiya hakimiyyətinin üzərinə yıxmaq çox asandır. Vaxtı gələndə və ehtiyac yarananda Rusiya onu çox asanlıqla qurban verəcək”.

Surenyants əmindir ki, əslində Rusiya Ermənistanın Qərbə üz tutmasından o qədər də qorxmur. “Onlar başa düşürlər ki, Paşinyan ancaq müəyyən məqama çatdıqdan sonra proses dayanacaq. Çünki nə Qərb Ermənistanı qəbul etməyə, nə də Ermənistan irəliləməyə hazırdır”. O hesab edir ki, regiondakı əsas oyunçular dəyişməyəcək – bunlar Rusiya, İran və Türkiyə olacaq, Ona görə də hansısa xilaskarları gözləməyə dəyməz.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*