İrlandiya karantini sərtləşdirdibackend

İrlandiya karantini sərtləşdirdi

İrlandiya koronavirusun yeni “Britaniya ştammı”nın yayılması səbəbindən karantini sərtləşdirib. Məhdudlaşdırmalar barədə qərar hökumətin təcili iclasında qəbul edilib.

KONKRET.az  xəbər verir ki, bunu milli RTE telekanalının efirində Baş nazir Mixol Martin bilirib.

Baş nazirin sözlərinə görə, İrlandiyada restoranlar və gözəllik salonları bağlanıb, qatarların hərəkəti məhdudlaşdırılıb.

1 yanvar tarixindən etibarən vətəndaşlar evdən yalnız beş kilometr radiusda sərbəst hərəkət edə biləcəklər, qonaq qəbuluna da qadağa qoyulacaq.

Məktəblilərin tətilləri də uzadılıb.

Mixol Martin bu cür məhdudiyyətlərin ən azı 31 yanvar tarixinə qədər qüvvədə qalacağını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*