İş adamı belə əliaçıq olmalıdır – FOTObackend

İş adamı belə əliaçıq olmalıdır - FOTO

Biznesmen Mənsur Niqmatov rusiyalı blogerin hərəkətindən heyran olduğunu söyləyib.

KONKRET.az–ın Orta Siya ölkələri üzrə bürosunun xüsusi müxbiri İldırım Musayev xəbər verir ki, keçən həftə Tacikistanda xeyriyyə tədbiri keçirilib. Şənliklər, toylar təşkil edən şirkətin rəhbəri Mansur Niqmatov ehtiyacı olan ailələrə ərzaq yardımının verilməsini təşkil edib. ın bildirdiyinə görə, bunu etmək üçün, o, qeyri-standart bir hərəkət edib – 100 taksi maşını sifariş verib.

İş adamının dediyinə görə, aksiya ideyası 50 taksi maşınında ehtiyacı olanlara yardım göndərən bir rus blogerinin videosunu izlədikdən sonra yaranıb. Niqmatov əlavə edib ki, video onu və dostlarını heyran edib, lakin Mənsur aksiyanın miqyasını artırmaq qərarına gəlib. Qeyd etmək lazımdır ki, yardım çantalarına yalnız dənli bitkilər, tərəvəzlər, şəkər deyil, həm də zəruri dərmanlar da toplanıb.

İldırım Musayev

İş adamının sözlərinə görə, “ünvanları” tapmağa taksi sürücüləri də kömək ediblər. Sürücülərdən xahiş ediblər ki, çantaları onların tanıdıqları yeməyə ehtiyacı olan ailələrə çatdırsınlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*