İş adamının keçmiş rəis oğlu Səfərbərlik Xidmətini məhkəməyə verdi – Həbs olunmuşdubackend

İş adamının keçmiş rəis oğlu Səfərbərlik Xidmətini məhkəməyə verdi - Həbs olunmuşdu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Astara rayon şöbəsinin sabiq rəisi Kənan İsgəndərov məhkəməyə müraciət edib.

KONKRET.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, Kənan İsgəndərov Səfərbərlik Xidməti barəsində “Hərbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr – digər məsələlər”ə görə iddia qaldırıb.

İş Sumqayıt İnzibati Məhkəməsinin hakimi Ceyhun Məmmədovun icraatındadır.

Qeyd edək ki, 4 noyabr 2017-ci il tarixində Astara rayonunun hərbi komissarı olmuş Kənan İsgəndərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, barəsində məhkəmə tərəfindən 3 aylıq həbs qərarı verilmişdi.

Məşhur iş adamı Zaman İsgəndərovun qardaşı oğlu olan Kənan İsgəndərovun atası İsgəndər İsgəndərov təhsil nazirinin müavini olub, hazırda iş adamı kimi tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*