İsa Həbibbəyli bu vəzifəsini itirə bilərbackend

İsa Həbibbəyli bu vəzifəsini itirə bilər

Milli Məclis yanında Toponimiya Komissiyasına yeni sədr seçiləcək.

KONKRET.az xəbər verir ki, bununla bağlı Toponimiya komissiyası sədrinin, sədr müavininin və komissiya katibinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.

Məsələ Toponimiya Komissiyasının bugünkü iclasında müzakirə olunacaq.

Komissiya Azərbaycanın ərazi vahidlərində ad verilməsi, onların adlarının dəqiqləşdirilməsi və dəyişdirilməsi məsələlərinin müzakirə edilməsi və bu barədə Milli Məclisə rəy hazırlamaq məqsədi daşıyır.

Xatırladaq ki, Komissiyanın bundan əvvəlki sədri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, sədr müavini Sevinc Fətəliyeva, katib isə Cavid İsgəndərov olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*