İsa Həbibbəylinin qızı VƏZİFƏDƏN UZAQLAŞDIRILDI – SƏBƏB AÇIQLANDIbackend

İsa Həbibbəylinin qızı VƏZİFƏDƏN UZAQLAŞDIRILDI - SƏBƏB AÇIQLANDI

Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Günay Mənsimova vəzifəsindən azad edilib.

Günay Mənsimova Xırdalan şəhər 2 saylı Notariat Kontorunun rəisi olub.

KONKRET.az xəbər verir ki, mövzunun əsl səbəbini öyrənmək üçün Ajans.az Ədliyyə Nazirliyinə sorğu ünvanlayıb.

Sorğuya verilən cavabda bildirilib ki, Günay Mənsimovanın notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün verilən şəhadətnamənin müddəti 2025-ci ilin avqust ayında bitmişdir. Əlavə olaraq da, deyilib ki, Günay Mənsimovanın şəhadətnaməsinin müddəti növbəti dövr üçün uzadılmamışdır.

Xatırladaq ki, Günay Mənsimova akademik, deputat İsa Həbibbəylinin qızıdır. Onun iş fəaliyyətində zidd və qanundankənar əməllər haqqında bir neçə dəfə mətbuatda yazılar verilib.

Deputatın digər 2 oğlu da yüksək vəzifədə çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*