İşçilərimiz üçün karantin yayın sonuna qədər uzadıldı – Zuckerbergbackend

İşçilərimiz üçün karantin yayın sonuna qədər uzadıldı - Zuckerberg

Facebook işçilərinə yay boyunca uzaqdan işləməyə imkan verəcəkdir. Bundan əlavə, şirkət 50-dən çox insanın iştirak etdiyi 2021-ci ilin iyununa qədər planlaşdırılan bütün ictimai tədbirləri ləğv edəcəkdir.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı şirkətin sahibi Mark Zuckerbergin bəyanatına istinadən CNBC telekanalı yayıb.

Zuckerberg payızadək ofislərdə heç kəsi gözləmədiyini deyib:

“Facebook işçilərinin əksəriyyəti evdən məhsuldar işləyə bildikləri üçün şanslıdırlar. Ümid edirəm ki, bu, COVID-19-un yayılmasının qarşısını alır və insanların təhlükəsizliyini təmin edir”.

Facebook ən azı 2020-ci il iyunun əvvəlinə qədər bütün iş səfərlərini məhdudlaşdıracaq.

Daha əvvəl Mark Zuckerberg pandemiya ərəfəsində işçilərinin hər birinə onlara dəstək üçün əlavə 1000 dollar ödəyəcəyini söyləyib.

Babək Göyüş                                          

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*