İşdən çıxarılan erməni sürücülər “Yerevan Avtobus” parkına gəliblər. Onlar məsələni araşdırmaq üçün şirkətin direktoru ilə görüşmək istəyir.
KONKRET.az xəbər verir ki, bu barədə NEWS.am saytına müsahibəsində sürücülərdən biri bildirib və qeyd edib ki, onları kimin və nə vaxt qəbul edəcəyi məlum deyil.
Qeyd edək ki, ötən gün sürücülər maaşların artırılması tələbi ilə etiraz aksiyası keçiriblər. Aksiyadan sonra 32 sürücü işdən çıxarılıb, onların tələbləri təmin edilməyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az