İşdən çıxarılan generala yeni VƏZİFƏ VERİLDİbackend

İşdən çıxarılan generala yeni VƏZİFƏ VERİLDİ

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis müavini təyin olunub.

KONKRET.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, general-leytenant Hüseynov İsmayıl Xəlil oğlu sözügedən qruma rəis müavini təyin edilib.

Qeyd edək ki, İsmayıl Hüseynov 1974-cü ildə anadan olub. 1991-1996-ci illərdə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarəedilməsi fakultəsində iqtisadçı ixtisası üzrə ali təhsil alıb. 1995-ci ildən gömrük orqanlarında xidmətə başlayıb

İsmayıl Hüseynov 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2001-ci ildə hərbi xidmətdən təxris olunduqdan sonra gömrük orqanlarında xidməti fəaliyyətini davam etdirərək müxtəlif vəzifələrdə çalışıb. 25 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Sonuncu vəzifəyə isə müvafiq əmrlə dünən gətirilib.

Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general mayor İlqar Abbasovdur.

  • Mamed
    İyun 20, 2023 - 22:22

    Nə əvəzedilməz kadr olub ki hərbi xidmətdən əvvəl və sonrada gömrük onu buraxmıyıb əldən. Pahooooo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*