İşğal altında olan Qarabağda daha 4 erməni virusa yoluxdu – cəmi 232 nəfərdirbackend

İşğal altında olan Qarabağda daha 4 erməni virusa yoluxdu – cəmi 232 nəfərdir

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsində daha 4 erməni koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Yoluxanlardan üçü qədim Xankəndidə qeydə alınıb. Onlar əvvəllər təsdiqlənmiş bir xəstə ilə təmasda olublar.

Daha bir virus işğalçı dövlətdən Qarabağa gələn şəxsdə tapılıb.

Ümumiyyətlə, Dağlıq Qarabağda 232 nəfərə COVID-19 diaqnozu qoyulub, onlardan 162-si artıq xəstəliyi dəf edib. 69 xəstə hazırda müalicə alır, 125 nəfər təcrid vəziyyətindədir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*