İşğaldan azad olunan ərazilərdə iki avtomobil yolunun birinci mərhələsi başa çatır – RƏSMİbackend

İşğaldan azad olunan ərazilərdə iki avtomobil yolunun birinci mərhələsi başa çatır - RƏSMİ

İşğaldan əzad olunan ərazilərdə inşa edilən 2 avtomobil yolunun birinci mərhələsi başa çatmaq üzrədir.

KONKRET.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, həmin yollar Tərtər-Suqovuşan və Suqovuşan-Talış avtomobil yollarıdır:

“Tərtər – Suqovuşan yolunun uzunluğu 21 kilometr, Suqovuşan-Talış yolunun uzunluğu isə 8 kilometrdir. Ümumi uzunluğu 29 kilometr olan hər iki yolun tikintisində işlər sürətləndirilib. Artıq yaxın günlərdə adıçəkilən avtomobil yollarında tikinti işlərinin birinci mərhələsi yekunlaşacaq. Hazırda asfalt – beton örtüyünün vurulması yekunlaşır, son tamamlanma işləri görülür”.

A. Nəcəfli bildirib ki, yolun ikinci mərhələsinə isə gələn ilin əvvəllərində start veriləcək:

“Havalar normal keçərsə, gələn ilin əvvəllərində ikinci mərhələ başlanacaq və hər iki yol qısa müddətdə başa çatdırılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*