İŞİD terrorçularının saxlanıldığı həbsxanaların GÖRÜNTÜLƏRİ yayıldı – VİDEObackend

İŞİD terrorçularının saxlanıldığı həbsxanaların GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO

Fıratın şərqində YPG-lilərin İŞİD terrorçularını saxlanıldıqları həbsxananın görüntüləri yayılıb.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, məlumatlarda YPG-lilərin İŞİD-çiləri həbsxanalardan azad buraxdıqları qeyd edilib. Həbxsanaları təsbit edən Türk Ordusu onların görüntülərini paylaşıb.

Qeyd edək ki, az əvvəl Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Suriyanın Tel Abyad rayonunun ələ keçirildiyini və həmin bölgədə olan həbsxanaların boş olduğunu qeyd edib.

Yüksək divarlarla müdafiə olunan həbsxanaların qapılarının açıq olması və içinin tamamilə boşaldılması diqqət çəkib.

“İŞİD həbsxanalarına getdiyimiz zaman YPG-li terrorçular tərəfindən boşaldıldığını, ordakı İŞİD-çilərin qaçırıldığını gördük”, deyə – Hulusi Akar qeyd edib.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*