İşlənmiş avtomobil ehtiyat hissələri ilə bağlı AÇIQLAMAbackend

İşlənmiş avtomobil ehtiyat hissələri ilə bağlı AÇIQLAMA

İşlənmiş avtomobil ehtiyat hissələrini harada daha ucuz əldə etmək olar?

Azərbaycanda işlənmiş avtomobil ehtiyat hissələri bahalaşıb. Satıcılar bildirir ki, məhsulun bahalaşması təbii olaraq satış qiymətinə də təsir edir.
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov KONKRET.az-ın sorğusuna cavab olaraq bildirib ki, əslində işlənmiş avtomobil ehtiyat hissələrinin qiymətində azalma var. Gələcəkdə utilizasiya layihəsinin həyata keçiriləcəyi ilə əlaqədar düşünürəm ki, getdikcə ikinci əl avtomobil ehtiyat hissələrinə tələb azalmalı, qiymətlər də enməli idi”.

Ekspert bildirib ki, hazırda işlənmiş ehtiyat hissələrinin qiymətində kəskin bahalaşma müşahidə edilmir. Yaxın gələcəkdə isə köhnə ehtiyat hissələrinə tələbat xeyli azalacaq. Köhnə avtomobillər, ümumiyyətlə, dövriyyədən çıxarılacaq. Bu sahədə müəyyən qiymət artımı olsa da, hər halda kütləvi deyil”, – deyə Eldəniz Cəfərov qeyd edib.

Ekspert işlənmiş avtomobil ehtiyat hissələrinin daha ucuz əldə edilməsinə də münasibət bildirib. Vurğulayıb ki, daha münasib qiymətlərlə belə məhsulları əsasən xüsusi bazarlardan əldə etmək mümkündür. “Yeni model avtomobillərə nisbətən köhnə maşınların ehtiyat hissələrini əldə etmək daha əlçatandır. Ümumiyyətlə, avtomobil ehtiyat hissələrinin Azərbaycana yüksək qiymətlərlə gətirilməsi ölkəmizdəki gömrük rüsumlarının baha olması ilə əlaqədardır”.

Bünyamin Bünyadzadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*