İsmayıllıda dayanma-durma qaydalarını pozan sürücülər inzibati məsuliyyətə cəlb edildi – FOTObackend

İsmayıllıda dayanma-durma qaydalarını pozan sürücülər inzibati məsuliyyətə cəlb edildi – FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin aşkarlanması məqsədilə nəzarət-profilaktik tədbir keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən KONKRET.az-a məlumat verilib.

Bildirilib ki, keçirilən tədbir zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunub. Onların barəsində cərimə protokolları tərtib olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*