İspan klubundan Mahirlə bağlı açıqlamabackend

İspan klubundan Mahirlə bağlı açıqlama

İspaniyanın “Estremadura” klubunun idman direktoru Lopes Ramos transfer etmək istədikləri “Qarabağ”ın futbolçusu Mahir Emreli ilə bağlı danışıb.

Qol.az xəbər verir ki, klub rəsmisi yerli mətbuata açıqlamasında 22 yaşlı hücumçunun “Qarabağ”la Çempionlar Liqasında iştirak etdiyini xatırladaraq bildirib ki, bu transferdə bir az səbirli olmaq lazımdır:

“Mahir Emreli hamımızın bəyəndiyi futbolçudur. Rəhbərlik və məşqçilər korpusu onu burada görmək istəyir. Ancaq burada incə bir məqam var – Mahir hazırda klubu ilə Çempionlar Liqasında mübarizə aparır. Danışıqların əsas iştirakçısı olduğumuzu bilirik. Amma səbrli olmalıyıq”.

Qeyd edək ki, “Estremadura” İspaniyanın 2-ci liqası olan Sequndada çıxış edir. Mahir Emreli ilə Sequndanın digər iki klubu – “Malaqa” və “Almeriya”nın da maraqlandığı haqda məlumatlar yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*