İspan qəzeti erməni təxribatı barədə yazdı: “İşğal olunmuş ərazilər geri qaytarılmalıdır”backend

İspan qəzeti erməni təxribatı barədə yazdı: "İşğal olunmuş ərazilər geri qaytarılmalıdır"

İspaniyanın “La Vanguardia” qəzeti “Ermənistan qoşunları ilə insidentdə iki azərbaycanlı əsgər şəhid oldu” başlıqlı məqalə dərc edib.

KONKRET.az xəbər verir ki, məqalədə qeyd olunur ki, artilleriyadan istifadə edən erməni qoşunları Azərbaycanın Tovuz istiqamətindəki mövqelərini atəşə tutmağa çalışıblar. Azərbaycan ordusu tərəfindən dəf edilmiş erməni qüvvələrinin hücumu nəticəsində ən azı iki Azərbaycan əsgəri şəhid olub, beş nəfər yaralanıb.

“La Vanguardia” Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına istinad edərək yazır ki, “adekvat tədbirlər görülməsi nəticəsində ermənilərin hücumu dəf edilib və düşmən geri çəkilib”.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs olunur. Qeyd olunur ki, 1994-cü ildə erməni qüvvələri Dağlıq Qarabağda nəzarəti ələ keçirməklə yanaşı, “təhlükəsizlik zonası” adlandırdıqları Azərbaycanın geniş ərazilərini də işğal ediblər.

Azərbaycan-Ermənistan münaqişəsi işğal olunmuş ərazilərin qaytarılması nəticəsində həll edilə bilər. Bu tələb BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi ilə təsdiqlənib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*