İspaniya İsrailə qarşı HƏRƏKƏTƏ KEÇDİbackend

İspaniya İsrailə qarşı HƏRƏKƏTƏ KEÇDİ

İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez beynəlxalq ictimaiyyəti İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bu çağırış İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatların dayandırılması məqsədilə edilib.

KONKRET.az xəbər verir ki, The Times of Israel nəşrinin məlumatına görə, Albarez bu fikirləri bu gün Madriddə keçiriləcək Avropa və Ərəb ölkələrinin nümayəndələrinin toplantısı ərəfəsində səsləndirib.

“Bu gün Madrid 20 ölkə və bir neçə beynəlxalq təşkilatı qəbul edəcək. Məqsəd — artıq heç bir hədəfi qalmayan bu müharibəni dayandırmaqdır”, – deyə nazir vurğulayıb.

Tədbirin əsas gündəmi atəşkəsə çağırış və mülki əhalinin müdafiəsinin təmin olunması olacaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*