İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 223 nəfərə çatıb, qurbanların böyük əksəriyyəti ölkənin şərqindəki Valensiya muxtar icmasında qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə İspaniyanın nəqliyyat naziri Oskar Puente “X” hesabında məlumat verib.
O qeyd edib ki, Valensiyada 215, Kastiliya-La-Mança muxtar icmasında 7, Əndəlüsdə isə 1 nəfər həlak olub. 78 nəfər itkin düşüb. Eyni zamanda, ölən 48 nəfərin hələ də şəxsiyyətinin müəyyən edilmədiyi bildirliib.
Bundan əvvəl 219 nəfərin öldüyü, 93 nəfərin isə itkin düşdüyü məlumat verilmişdi.//Oxu.az