İspaniyada qadınlar feministləri döydübackend

İspaniyada qadınlar feministləri döydü

Sağçı qadınlar İspaniyanın paytaxtı Madrid şəhərində Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən aksiyada iştirak edən feministlərə hücum edib.

KONKRET.az Report-a istinadla xəbər verir ki, yeni növ koronavirus infeksiyası ilə bağlı nümayişlərin keçirilməsi qadağan edilsə də, tələbə həmkarlar ittifaqının təşkil etdiyi aksiya baş tutub. Yüzdən çox insanın qatıldığı nümayiş paytaxtın mərkəzində yerləşən Puerta del Sol meydanında sona çatıb.

Feministlər meydanda əyləşərək qadın və kişi bərabərliyi ilə bağlı şüarlar səslənidirblər. Bu zaman bir neçə qadın aksiya iştirakçılarına yaxınlaşaraq onları təhqir edib.

Daha sonra qadınlar arasında mübahisə davaya çevrilib, bir neçə feminist döyülüb. Qadınları yalnız polisin müdaxiləsindən sonra ayırmaq mümkün olub.

Bundan əlavə, naməlum şəxslər Madriddə məşhur qadınların təsvir olunduğu qrafitini pis vəziyyətə salıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*