İspaniyanın keçmiş kralı dünyanın ən bahalı otellərindən birində yaşayırbackend

İspaniyanın keçmiş kralı dünyanın ən bahalı otellərindən birində yaşayır

Korrupsiya qalmaqalı ilə vətənini tərk edən İspaniyanın keçmiş kralı Juan Karlos I Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabu şəhərinə gəlib və burada dünyanın ən bahalı otellərindən birində qalır.

KONKRET.az xəbər verir ki, bu barədə İspaniyanın ABC qəzeti yazır.

Bildirilir ki, bazar ertəsi günü Juan Karlos bu uçuş üçün xüsusi icarəyə götürülmüş kiçik bir təyyarədə İspaniyanın Vigo şəhərindən Abu Dabiyə gedib.

Abu Dabiyə gələn Juan Karlos lüks Emirates Palace otelində yerləşib.

Bundan əvvəl mediada 2014-cü ildə taxtdan imtina edən monarxın harada olduğu barədə müxtəlif fərziyyələr ortaya çıxıb. Onun Portuqaliyaya və ya Dominik Respublikasına köçə biləcəyi güman edilirdi.

Avqust ayında Juan Karlos I oğlu, İspaniyanın hazırkı Kralı VI Filippi şəxsi səbəblərdən ölkəni tərk etmək qərarı ilə əlaqədar məlumatlandırıb.

İspan televiziyasının məlumatına görə, bu qərar İspaniyada Xuan Karlosun korrupsiya qalmaqalına düşməsi ilə bağlı məlumat yayıldıqdan sonra verilib.

Bu addımı ilə ata sadəcə oğluna daha rahat bir mühitdə işləmək imkanı verib.

Mövcud qalmaqala səbəb, Səudiyyə Ərəbistanı tərəfindən 2008-ci ildə, İsveçrənin Mirabaud bankına Panamanın “Lucum Foundation” fondunun hesabına köçürülən 100 milyon dolların sahibinin Juan Karlos olduğu göstərilir.

İndi İsveçrə prokurorluğu bu pulun mənşəyini və köçürmənin arxasında mümkün korrupsiya sxemlərini tapmağa çalışır.

Babək Göyüş                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*