“Bir çox erməni baş nazir Nikol Paşinyanın Fransaya səfərini izləyib və buna sevinir, lakin eyni zamanda biz Ermənistanla Avropa İttifaqı arasında təhlükəsizlik sahəsində real əməkdaşlıq və ya zəmanət sazişi görmürük”.
KONKRET.az xəbər verir ki, bu sözləri türkoloq Andranik İspiryan deyib.
“Əslində Avropa İttifaqı Türkiyəni ön plana çıxarır. Bu, regionda yeni reallıqdır, vəziyyət tamamilə dəyişib. Bütün bunlara aşağıdakı kontekstdə baxmaq lazımdır: Qərb Türkiyənin Rusiyaya qarşı təsirini gücləndirir, yəni Türkiyəyə Ermənistan və Azərbaycana təsir etmək üçün “yaşıl işıq” yandırır. Onlar sadəcə olaraq istəyirlər ki, rusları qovmaq üçün Türkiyənin öz təsirini maksimum dərəcədə artırsın”, – deyə İspiryan bildirib.
Natiq Səlim,
KONKRET.az