Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində ən azı 602 fələstinli məhbus, o cümlədən ömürlük həbsə məhkum edilmiş 50 nəfər İsrail həbsxanalarından azad ediləcək.
KONKRET.az xəbər verir ki, bu barədə HƏMAS-a bağlı Məhbusların İşləri İdarəsi məlumat yayıb.
Sərbəst buraxılan məhbuslardan hər hansı birinin Fələstin ərazilərindən kənara deportasiya edilib-edilməyəcəyi barədə hələlik məlumat yoxdur.
Vəli Həsənoğlu,
KONKRET.az