İsrail bəyan etdi: Bu müddətdə Tehrana hücum etməyəcəyikbackend

İsrail bəyan etdi: Bu müddətdə Tehrana hücum etməyəcəyik

Təl-Əviv ABŞ-İran danışıqları davam etdiyi müddətdə Tehrana qarşı heç bir hərbi addım atmayacağını Vaşinqtona bəyan edib.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Axios” nəşri İsrail rəsmilərinə istinadən yayıb.

Bildirilib ki, bu mesajı ötən həftə Vaşinqtonda ABŞ rəsmiləri ilə danışıqlar aparan İsrailin Strateji İşlər naziri Ron Dermer, MOSSAD rəhbəri David Barnier və İsrailin milli təhlükəsizlik müşaviri Tsahi Hanegbi çatdırıblar.

“Əgər uğurlu diplomatik həll yolu tapılarsa, hücum üçün heç bir səbəb qalmır. Ona görə də prosesə vaxt veririk və danışıqların başa çatdığı aydınlaşana qədər gözləyəcəyik”, – İsrail rəsmiləri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*