İsrailin “Haaretz” nəşrinin məlumatına görə, ötən gecə İrana qarşı həyata keçirilən hücumlar adi hərbi əməliyyat deyil, aylardır planlaşdırılan genişmiqyaslı müharibənin tərkib hissəsidir.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (CƏŞ) açıqlama yayıb.
“Bu, sadəcə bir cavab zərbəsi deyil. Biz bu hücumu aylarla planlaşdırmışıq — Qəzza, Livan və Yəməndə paralel olaraq apardığımız hərbi əməliyyatlarla birlikdə”, – deyə İsrail ordusunun nümayəndəsi bildirib.
İsrail hərbçilərinin sözlərinə görə, hücum zamanı İran rejiminin yüksək vəzifəli şəxslərinə, nüvə sahəsində çalışan aparıcı alimlərə və strateji hərbi infrastruktur obyektlərinə zərbələr endirilib.
“Əməliyyatın həyata keçirilməsi üçün operativ şərait diqqətlə seçildi. Hücumun vaxtı isə elə müəyyən olunmuşdu ki, biz qarşı tərəfi tamamilə hazırlıqsız yaxalayaq və əsas hədəfləri zərərsizləşdirək”, – deyə CƏŞ-in bəyanatında vurğulanıb.
Natiq Səlim,
KONKRET.az