İsrail BMT tarixində bu addımı atan ilk dövlət oldubackend

İsrail BMT tarixində bu addımı atan ilk dövlət oldu

İsrailin xarici işlər naziri Gideon Saar rəsmi səfərlə tanınmayan Somalilandə yola düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Gideon Saar Somalilandin prezidenti Abdirəhman Məhəmməd Abdullahi ilə görüşəcək.

Tərəflər daha sıx diplomatik və iqtisadi əməkdaşlıq, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlıq daxil olmaqla geniş mövzular ətrafında müzakirələr aparacaqlar.

Xatırladaq ki, İsrail təxminən iki həftə əvvəl Somalilandin müstəqilliyini tanıyıb və bu addımı atan ilk BMT-yə üzv dövlət olub.

Bu qərar bir sıra ərəb və müsəlman ölkələrinin etirazı ilə nəticələnib. Husilər isə İsrailin Somalilanddəki mövcudluğunu “qanuni hərbi hədəf” hesab edəcəklərini bildiriblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*