İsrail Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənada Husi üsyançı hərəkatının nəzarəti altında olan beynəlxalq hava limanına silsilə zərbələr endirib.
KONKRET.az xəbər verir ki, bu barədə üsyançılara məxsus “Əl Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail təyyarələri Səna hava limanına azı 4 zərbə endirib.
Yəmən Hava Yolları şirkətinə məxsus təyyarə və hava limanının uçuş zolağı vurulub.