İsrail Dəməşq rayonuna hava zərbələri endirdi – VİDEObackend

İsrail Dəməşq rayonuna hava zərbələri endirdi - VİDEO

Cümə gününə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Suriya paytaxtı Dəməşqdəki hədəflərə raket zərbələri endirib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “The Jerusalem Post” nəşri bu gün yayıb.

Əməliyyatda iştirak edən İsrail təyyarələrinin Suriya hava məkanına müdaxilə etmədiyi iddia edilir. Bu zaman ehtimal olunur ki, zərbənin məqsədi İranın silah-sursat anbarları olub.

 

Öz növbəsində, Suriya dövlət KİV-i bildirir ki, Suriyanın HHQ qüvvələri raket hücumunun qarşısını almaq üçün hərəkətə gətirilib və bir neçə raket vurulub.

İsrail hərbçiləri vaxtaşırı olaraq Suriya ərazisini raket atəşinə tutur. Bir qayda olaraq, Suriyada Dəməşq tərəfdə döyüşən Livanın Hizbullah qruplaşmasının döyüşçülərinin və ya İranın hərbi məsləhətçilərinin hədəflərə çevrildiyi obyektlər olur.

2019-cu ilin oktyabrında KİV-lər İsrailin Suriyaya gizli zərbələr endirdiyini bildiriblər. İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlı hədəflər zərbələrə məruz qalıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*