İsrail Dəməşq yaxınlığındakı bazaları vurdubackend

İsrail Dəməşq yaxınlığındakı bazaları vurdu: Ölənlər və yaralananlar var

İsrail Hərbi Hava Qüvvələri Dəməşq ətrafında Suriya ordusu tərəfində vuruşan şiə birləşmələrinin hərbi hədəflərinə zərbələr endirib.

KONKRET.az xəbər verir ki, bu barədə Dubaydan yayımlanan “Al Hadath” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, raket hücumu nəticəsində İsrail Dəməşq Beynəlxalq Hava Limanı və Dimas aerodromunun ərazisində, eləcə də Əl-Kisva şəhərində yerləşən hərbi texnika və sursat anbarlarına zərbələr endirib.

Məlumata görə, hücum nəticədə 6 hərbçi həlak olub, daha 7-si yaralanıb.

Qeyd edək ki, bundan əvvəl 4 suriyalı hərbçinin həlak olduğu bildirilib.

“Al Hadath”ın məlumatına görə, 2023-cü ilin əvvəlindən İsrail Suriya ərazisinə 22 dəfə hücum edib. 50-dən çox quru hədəfi vurulub, 24 suriyalı əsgər və 22 iranyönlü şiə döyüşçü öldürülüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*