İsrail Dohadan əliboş qayıtdı – Nə baş verir? backend

İsrail Dohadan əliboş qayıtdı - Nə baş verir? 

İsrail hökuməti HƏMAS hərəkatı ilə dolayı danışıqların aparıldığı Qətərin paytaxtı Dohadan nümayəndə heyətini tam tərkibdə geri çağırıb.

KONKRET.az bu barədə TASS “Əl-Qahirə əl-İxbariyyə” telekanalına istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlar qrupunun bütün üzvləri, o cümlədən texniki məsələlərlə məşğul olan mütəxəssislər artıq İsrailə qayıdırlar. Nümayəndə heyətinin geri çağırılması qərarı danışıqların uğursuzluqla nəticələndiyi qənaətinə gələn İsrail hakimiyyəti tərəfindən qəbul edilib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*