İsrail “F-35″lərlə bağlı araşdırmalara BAŞLADIbackend

İsrail "F-35"lərlə bağlı araşdırmalara BAŞLADI

İsrail Amerikanın beşinci nəsil “F-35” döyüş təyyarələri ilə bağlı araşdırmalara başlayıb.

KONKRET.azTRT Haber”ə istinadən xəbər verir ki, İsrail əlində olan 33 “F-35” döyüş təyyarəsindən 11-ni yoxlayacaq.

Məlumata görə, təyyarələr yedəklə anqara aparılıb. Digər 22 təyyarə barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, dekabrın 15-də ABŞ-ın Texas ştatında “F-35” eniş zamanı qəzaya uğrayıb. İyul ayında isə ABŞ və İsrail qırıcılarda yaranan problemə görə bütün təlim uçuşlarını dayandırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*