Qəzza zolağında gələcəkdə radikal elementlərə yer olmamalıdır.
KONKRET.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Mənə aydın görünür ki, Qəzzanın gələcəyi necə olmalıdır. Bu döyüşün sonunda biz HƏMAS-ı təkcə özümüz üçün deyil, həm də sivilizasiya naminə, fələstinlilər və israillilər naminə məhv edəcəyik. Biz Qəzzanın silahsızlaşdırıldığını, radikal elementlərdən təmizləndiyini və yenidən qurulduğunu görmək istəyirik”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, İsrail Fələstin anklavını tutmaq, işğal etmək və idarə etmək niyyətində deyil.
Ariz Həsənoğlu,
KONKRET.az