İsrail generalları: “Hərbi əməliyyatlar davam etməlidir”backend

İsrail generalları: "Hərbi əməliyyatlar davam etməlidir"

İsrailin yüksək rütbəli hərbçiləri mövcud atəşkəsə baxmayaraq, Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsinin zəruriliyini düşünürlər.

KONKRET.az xəbər verir ki, İsrail Ordusunun 162-ci diviziyanın komandiri, briqada generalı İtzik Koen və 36-cı diviziyanın komandiri briqada generalı Dado Bar Xəlifə Baş Qərargah rəisinə ismarıc göndərərək, bildiriblər ki, regionun təhlükəsizliyini təmin etmək üçün hərbi əməliyyatlar davam etməlidir.

36-cı diviziyanın ehtiyatda olan yüksək rütbəli zabitlərinin sözlərinə görə, “Həmas quru əməliyyatını dayandırmağa çalışır. Yəhya Sinvar artıq başa düşür ki, onun taleyinə gec-tez möhür vurulacaq. O, İsrail ordusu tərəfindən təqib edilir. İndi o, öz infrastrukturunu və rəhbərliyinin qalan hissəsini xilas etməyə çalışır. Biz ona bu şansı verməməliyik. İsrail ordusu sona qədər getməlidir”.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın girovlarının uğurla azad edildiyini xatırladıb və ABŞ prezidenti ilə atəşkəs başa çatdıqdan sonra gələcək fəaliyyət planlarını, o cümlədən HƏMAS-ın zərərsizləşdirilməsi vəzifəsini müzakirə edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*