İsrail: “Həmas yaraqlıları kütləvi şəkildə təslim oldular”backend

İsrail: “Həmas yaraqlıları kütləvi şəkildə təslim oldular”

“Radikal Həmas qruplaşmasının yaraqlıları kütləvi təslim olur”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant açıqlama verib.

Açıqlamada deyilir ki, HƏMAS terrorçuları davamlı hücumlara tab gətirmir. İsrail qüvvələri Qəzza zolağında islamçıların Cəbəliyyə və Şecayyadakı son qalalarına təzyiqi artırıb.

“Radikallar dağılmaq üzrədir. Əsirər etiraf edir ki, bunkerlərdə silah və yemək çatışmazlıqları var.

Qalantın sözlərinə görə, Qəzza zolağında HƏMAS-ın bir çox infrastruktur obyektləri – tunellər, hərbi məntəqələr, silah-sursat anbarları məhv edilib. Bundan əlavə, hərbçilər üçün qiymətləri kəşfiyyat məlumatlarının olduğu yüzlərlə kompüter əldə ediblər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*