İsrail Hərbi Hava Qüvvələri Cənubi Livana növbəti zərbə endirdi – “Hizbullah” üzvü MƏHV EDİLDİbackend

İsrail Hərbi Hava Qüvvələri Cənubi Livana növbəti zərbə endirdi – "Hizbullah" üzvü MƏHV EDİLDİ

İsrail Müdafiə Qüvvələri (CAXAL) Cənubi Livandakı Əl-Xiyam şəhəri yaxınlığında yeni nöqtəvi hava zərbəsi endirib. Zərbə “Hizbullah” təşkilatının hərbi qanadının üzvünü hədəfə alıb.

KONKRET.az xəbər verir ki, CAXAL-ın yaydığı məlumata görə, hava hücumu nəticəsində həmin şəxs məhv edilib. Onun şəxsiyyəti açıqlanmasa da, “Hizbullah”ın tank əleyhinə bölməsinin üzvü olduğu vurğulanıb.

İsrail ordusu hücumun dəqiqliklə planlaşdırıldığını və təşkilatın hərbi strukturuna qarşı yönəldiyini bildirib. Son günlər İsrail və “Hizbullah” arasında artan gərginlik fonunda bu cür zərbələr bölgədəki qarşıdurmanın daha da dərinləşdiyini göstərir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*