İsrail İran şəhərlərini yenə bombaladı zərbələri – VİDEObackend

İsrail İran şəhərlərini yenə bombaladı zərbələri - VİDEO

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, bu ölkənin hava qüvvələrinə məxsus qırıcı təyyarələr İranın cənub-qərbində hərbi infrastruktura hücum edib.

KONKRET.az bildirir ki, Fars xəbər agentliyinin məlumatına görə, Əhvaz şəhəri və Məhşəhr limanında partlayış səsləri eşidilib və hava hücumundan müdafiə qüvvələri təhlükəni aradan qaldırmaq üçün çalışır.

Eyni zamanda müxalif İran İnternational kanalı Əhvazdakı İslam İnqilabı Keşikçiləri Korpusunun Kərbəla bazasına da hücum olunduğunu iddia edir.

İsrail ordusu şənbə günü artıq bir neçə dəfə İrana hücumlar təşkil etdiyi barədə məlumat verib.

İranın Qızıl Aypara Cəmiyyətinin Teleqram kanalı İsrailin cəmiyyətin helikopterinə hücumu nəticəsində iki əməkdaşının həlak olduğunu bildirib.

Ynet Fox News kanalına istinadən xəbər verir ki, altı Amerika B-2 gizli strateji bombardmançısı havaya qalxıb. Fox News-un məlumatına görə, B-2-lər uçuş izləmə məlumatlarına istinadən Missuri ştatındakı Uaytman Hərbi Hava Qüvvələri bazasından ABŞ-ın Sakit okeandakı Quam adasındakı bazasına doğru qalxıb. Yalnız bu bombardmançı təyyarələr GBU-57 idarə olunan bunker busterini daşımaq iqtidarındadır və bu, İranın Fordodakı bərkimiş nüvə obyektini məhv etməyə qadir olan yeganə silahdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*