İsrail ordusu İranın nüvə proqramını və raket imkanlarını aradan qaldırmaq üçün uzun sürən əməliyyata hazırdır.
KONKRET.az xəbər verir ki, bu sözləri brifinqdə İsrail ordusunun rəsmi nümayəndəsi briqada generalı Efi Defrin deyib.
“Bizim (İsrail ordusunun – red.) İranda əlavə hədəflərimiz var. Biz hücumu plana uyğun inkişaf etdiririk və İslam Respublikasından təhlükə aradan qalxana qədər uzun sürən əməliyyata hazırıq”.
İsrail ordusunun mətbuat xidməti bəyan edib ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 25 döyüş təyyarəsi İranda raketlərin saxlanması və buraxılması ilə bağlı 35 obyektə hücum edib.
— Newsfeed (@Newsfeed883920) June 20, 2025
Müşviq Tofiqoğlu
KONKRET.az