İsrail İranın 14 gəmisinə hücum etdibackend

İsrail İranın 14 gəmisinə hücum etdi

“İsrail neft ixracını dayandırmaq üçün 14 İran tankerinə hücum edib”.

KONKRET.az İranın “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandanı general-leytenant Hüseyn Səlami bildirib.

“İran neftinin ixracının qarşısını almaq üçün Qırmızı və Aralıq dənizlərində 14 gəmiyə hücum edilib. Biz bildik ki, bunun arxasında sionist rejim (İsrail nəzərdə tutulur – red.) dayanır və onun 12 gəmisi vurulub”, – Səlami bildirib.

O, SEPAH-ın gəmiçilik xətlərinin təhlükəsizliyini təmin edə bildiyini, embarqonun icrasının pozulduğunu vurğulayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri İsrailin İran gəmilərinə hücumları dəqiq nə vaxt həyata keçirdiyini və İsrail gəmilərinə hücumları kimin həyata keçirdiyini açıqlamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*