İsrail “İslami Cihad” raket proqramının rəhbərini ÖLDÜRDÜbackend

İsrail “İslami Cihad” raket proqramının rəhbərini ÖLDÜRDÜ

İsrail Müdafiə Qüvvələri Qəzza zolağına raket hücumları zamanı Fələstinin “İslami Cihad” qruplaşmasının raket proqramı rəhbəri Əli Həsən Qalinin öldürüldüyünü açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Qali radikal qruplaşmanın əsas fiqurlarından olub və İsrailə qarşı son raket hücumunda fəal iştirak edib.

Məlumata görə, İsrail döyüş təyyarələri Qəzzanın cənubunda Qalinin gizləndiyi evə hücum edib. Zərbələrdən sonra “İslami Cihad” bəyanat yayaraq Qalinin təşkilatın digər iki yüksək rütbəli komandiri ilə birlikdə öldürüldüyünü açıqlayıb.

Xatırladaq ki, mayın 9-dan İsrail Qəzza zolağında “İslami Cihad” əleyhinə “Qalxan və ox” hərbi əməliyyatı keçirir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*