İsrail kinosunun seks simvolu koronavirus zamanı tərəvəz mağazasında işə düzəldibackend

İsrail kinosunun seks simvolu koronavirus zamanı tərəvəz mağazasında işə düzəldi

Məşhur İsrail aktyoru Guy Loel müvəqqəti olaraq peşəsini dəyişdirib.

KONKRET.az xəbər verir ki, o, Ness Ziondakı bir qohumunun tərəvəz mağazasında çalışır.

Ölkənin mədəni elitasının 49 yaşlı üzvü peşəsi üzrə müvəqqəti işləmədiyindən başqa sahəyə üz tutub.

İsrailin məşhur televiziya seriallarında və filmlərində çəkilən Loelin, həmçinin yaradıcılıq portfelində aparıcı teatrlarının səhnəsi də var.

Onu çox vaxt İsrail kinosu və teatrının seks simvolu adlandırırlar.

Bundan əvvəl mədəniyyət və idman naziri Miri Reqev may ayının ortalarında mədəniyyət müəssisələrinin açılmasının planlaşdırıldığını söyləyib.

İsrailin bir çox mədəniyyət xadimləri mədəniyyət müəssisələrinin işlərini əvvəlki qaydalarına qaytarmaq üçün qeyri-kafi səy göstərdiyinə görə Miri Reqevi kəskin şəkildə tənqid edirlər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*